“ASK Arena”da baş tutan qarşılaşmada U-19-un heyətində qaradərili futbolçu diqqətimizi çəkdi. Maraqlandıqda onun Emmanuel Apehin kiçik qardaşı Yunion Apeh olduğu üzə çıxdı.
"Football-plus.az" saytı olaraq Yunion Apehlə bağlı detalları öyrənmək üçün "Sabah"ın Müşahidə Şurasının üzvü və U-19-un baş məşqçisi İqor Ponomaryovla əlaqə saxladıq. Olimpiya çempionu bunları söylədi:
"Yunion Apehin 18 yaşı var, sol cinah müdafiəçisidi. Üzərində çox işləyir, məşqlərdə var gücüylə çalışır. Sevindirici haldı ki, arxayınlığı yoxdu, daim inkişaf etmək üçün əlindən gələni edir. Amma onu gələcəkdə U-19-da, yoxsa əvəzedicilərdə oynadacağımız hələ bəlli deyil".
ABDULLA İSMAYILOĞLU




