• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Füzuli Məmmədov Skopye səfərini dəyərləndirdi

Yığma / Manşet

24-04-2023, 17:0

Şimali Makedoniyanın paytaxtı Skopyedə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirib. Bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz ilk matçda 1:0, ikincidə isə 2:1 hesablı qələbə qazanıb.

U-17-nin baş məşqçisi Füzuli Məmmədov "Football-plus.az"a açıqlamasında hər iki qarşılaşmanı dəyərləndirdi:

"Bakıda matçlara hazırlıq məqsədilə 4 gün məşq etmişdik. Toplanışa tam heyətlə yollandıq. Bu oyunlar bizim üçün çox faydalı oldu. Şimali Makedoniya güclüdü. Onlara qarşı oynamaq istənilən halda nəsə qazandırır.
İlk matça taktiki, fiziki və psixoloji cəhətdən tam hazır idik. Rəqibin heyətində keyfiyyətli futbolçular olsa da, oyun tərzimizi yaxşı tanımadıqları üçün istədiklərini edə bilmədilər. Biz isə onların son iki matçını izləyib təhlil etmişdik. Komanda tapşırıqları layiqincə yerinə yetirdi.

Birinci hissədə üstünlük bizdə oldu. Həsən Nəzərli 35-ci dəqiqədə qələbə qolunu vurdu. İkinci hissənin ilk 20 dəqiqəsində rəqib daha fəal oldu. Pressinqlə təzyiqi artırdılar. Bunun qarşısını almaq üçün yorulan futbolçuları əvəzlədik. Nəticədə yenidən üstünlüyü ələ aldıq.

Növbəti matça daha ciddi yanaşdıq. Məğlubiyyətdən sonra makedoniyalıların daha aqressiv, istəkli və məsuliyyətli oynayacağını bilirdik. Əvvəldən heyətdə bəzi dəyişikliklər etdik. Oyun ərzində də geriləməmək üçün yorğun oyunçuları dərhal əvəz edirdik. Bu dəfə sanki fərqli komanda ilə üz-üzə idik. Buna baxmayaraq, futbolçular özünü itirmədi. 89 və 90+3-cü dəqiqələrdə Röyal Fərzullazadənin vurduğu qollar sayəsində ev sahiblərini məğlub etdik.

Bu qarşılaşmada hakim idarəçiliyindən narazı qaldım. Makedoniyalılar çox kobud oynayırdılar. Futbolçuların zədələnmə riski yüksək idi. Lakin hakimlər bu məsələyə ciddi yanaşmırdı. Rəqibə vərəqə göstərilmədi. Hətta kiçik müdaxilələrlə komandama təzyiqlər oldu. Sonda penalti təyin etdi və rəqib 1 qol vurdu. Oyun sistemində və taktiki gedişlərdə dəyişiklik edib qələbə qazana bildik.

Ümumilikdə U-17 çox istəkli, əzmkar, fədakar və cəsur oynadı. Bütün epizodlarda riskləri gözə alıb düşünmədən irəli atıldılar. Hesabda geri düşdükləri anda belə qələbə ümidini itirmədilər. Sonadək mübarizə apardılar. Sevinirəm ki, milli üzvü olmağa layiq futbolçuları seçmişik".


Füzuli bəy oyunçuların hazırkı durumu haqda fikirlərini belə ifadə etdi:

"Artıq onları daha yaxşı tanıyırıq. Hər birinin keyfiyyətlərinə və xarakterlərinə bələdik. Həm ölkədə, həm də beynəlxalq arenada özlərini müsbət yöndə göstərirlər. Səmimi deyim ki, çox yüksək nəticələr əldə edə biləcək səviyyədədilər. Bunun üçün daha çox çalışmaq lazımdı. Məşqçilər olaraq bizim məsuliyyətimiz də böyükdü. Əlimizdən gələni edirik ki, ümidləri doğruldaq. Bu göstəricilərdən məharətlə istifadə etmək vacibdi".


Mütəxəssis U-17-nin inkişafı yönündə atılacaq addımları da bizimlə paylaşdı:

"İlin əvvəlindən inkişaf istiqamətində planlar qurulub. Təlim-məşq toplanışları uğurla davam edir. Beynəlxalq qarşılaşmaların keçirilməsi bizim üçün çox faydalı olur. Aprelin 30-da Albaniyanın paytaxtı Tiranada keçiriləcək UEFA İnkişaf turnirinə qatılacağıq. Farer adaları, Albaniya və Moldovanın U-17 komandaları ilə qarşılaşacağıq. Qəbələdə iyunda Gürcüstanın, avqustda isə Çernoqoriyanın 17 yaşlıları ilə ümumilikdə 4 yoldaşlıq oyununun keçirilməsi planlaşdırılıb. Sentyabrda isə Ərzurum şəhərində Türkiyənin müvafiq yaş üzrə milli komandası ilə oynayacağıq. Daha sonra Bakıda 10 günlük növbəti təlim-məşq toplanışı nəzərdə tutulub.

Bütün görüşlərdən sonra isə komanda Avropa çempionatının seçmə mərhələsində iştirak üçün tam hazır vəziyyətdə olacaq".


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma

1-04-2023, 10:0

Yığmamız Şimali Makedoniya ilə qarşılaşacaq

Yığma

23-03-2023, 12:0

Azərbaycan - Şimali Makedoniya matçının hakimləri

Yığma

27-03-2023, 20:0

Millimiz məğlub oldu

Yığma

4-09-2022, 22:0

Millimiz məğlub oldu

Yığma

25-05-2022, 20:0

Millimiz Latviyani böyük hesabla məğlub etdi

Aktual
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Son xəbərlər
  • Bu gün, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Bu gün, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Bu gün, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Bu gün, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Bu gün, 21:27
    "Turan Tovuz" mövsümün ilk matçında qalib gəldi
  • Bu gün, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Bu gün, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Bu gün, 20:27
    MY-yə yenə gərək olmadı
  • Bu gün, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Bu gün, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Bu gün, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Bu gün, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Bu gün, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Bu gün, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Bu gün, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Bu gün, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Bu gün, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Bu gün, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Bu gün, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Bu gün, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Bu gün, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Bu gün, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Bu gün, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Bu gün, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Bu gün, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Bu gün, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Bu gün, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Bu gün, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Bu gün, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Bu gün, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Bu gün, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
  • Bu gün, 13:22
    “Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
  • Bu gün, 13:13
    “Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
  • Bu gün, 13:11
    “Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə