İdmançımız ABŞ-da qızıl medal qazandı

23.04.2023 22:21 224
İdman
Amerika Birləşmiş Ştatlarında (ABŞ) "Legasy Judo Tournament" adlı turnir keçirilib.

"Football-plus.az" xəbər verir ki, Kaliforniya ştatının Santa Klara şəhərində reallaşan yarışda Amerikada yaşayan həmyerlimiz Oğuzxan Quliyev də iştirak edib. O, 10-12 yaşlı oğlanlar arasında 38 kq-dan aşağı çəki dərəcəsi üzrə Azərbaycanı təmsil edib. İdmançımız ilk görüşündə Cənubi Koreya təmsilçisi Hacun Li, ardınca isə ABŞ-dən olan rəqibi Aşi Hyat üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.