Avropa çempionatında 3 idmançımız final görüşünə çıxacaq

23.06.2022 18:53 355
İdman
23 iyun 2022-ci il tarixində Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında idmançılarımız iştirak edirlər.

Oğlanların mübarizəsində -55 kq. çəkidə Şahin Oruczadə yarımfinal görüşündə ermənistanlı rəqibi Vahe Ağasyan üzərində möhtəşəm qələbə qazandı. Şahinin final görüşündə rəqibi serbiyalı idmançı Matica Ceremik olacaq, -60 kq. çəkidə Nizami İmranov isə final görüşündə macaristanlı cüdoçu Adam Macor ilə qarşılaşacaq.

Qızların yarışında isə -48 kq. çəkidə Aydan Vəliyeva qızıl medal uğrunda İsveç təmsilçisi Tara Babulfath ilə görüşəcək.