Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tələt Ünlü İrəvanda keçirilən Avropa çempionatı ilə bağlı açıqlama verib.
"Football-plus.az" Ermənistan mətbuatına istinadla xəbər verir ki, qurum rəhbəri təşkilatçılıqla bağlı müsbət fikirlər səsləndirib:
"Bizi məyus edən yeganə məqam etirazçının hörmətsiz davranışıdı. Həqiqətən çox əmək sərf olunub. Bu, təşkilatçılıq baxımından son 10 ilin ən yaxşı Avropa çempionatıdı. İlk gündə Azərbaycan bayrağı yandırılmasaydı, hər şey ideal olardı. Burda hər şey nəzərə alınıb, bizim problemimiz yoxdu. Hətta daha artığı edilib ki, buna görə özümüzü birtəhər hiss edirik.
Türkiyə növbəti Avropa çempionatına evsahibliyi edəcək. Biz bu yarışı izləməklə yanaşı, təşkilatçılardan informasiya və məsləhətlər alırıq. Buna görə onlara minnətdarıq".
KƏNAN HƏSƏNOV