"Football-plus.az" xəbər verir ki, bu barədə Avropa Ağır Atletika Federasiyasının (EWF) məlumatında deyilir.
Məlumatda bildirilir ki, EWF bu son dərəcə ciddi və acınacaqlı jesti idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə hücum kimi qiymətləndirir:
“EWF bu hadisəni diqqətdən kənarda qoymur və baş verənlər kontekstində əlavə tədbirlərin görülməsi imkanlarını nəzərdən keçirəcək. EWF Azərbaycan milli komandası və Azərbaycan Federasiyası ilə həmrəylik nümayiş etdirir”.
