"Sarı-göylər"in futbolçusu Junior Martins qələbə sevincini rəqib qapıçı Tərlan Əhmədlinin qarşısında ədəbsiz jestlə qeyd etdi ki, bu üzdən futbolçular bir-birinə girdi. "Kəpəz"in mühafizə xidmətinin rəhbəri Elmar Əliyevin müdaxiləsindən sonra ara daha da qarışdı.
“Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyev mövzu ilə bağlı "Football-plus.az"a bunları söylədi:
"Biz davakar klub deyilik. Sadəcə, "Kəpəz"in legioneri qapıçımız Tərlan Əhmədliyə qarşı ədəbsiz jest etdi və bundan sonra ara qarışdı. Aranı sakitləşdirmək üçün hamı meydana axışdı. Bu vaxt rəqibin digər futbolçusunun xoşagəlməyən hərəkətinə Tərlan Quliyev kəskin etiraz etdi. Amma vurmaq, döymək olmadı. Görüntülərdə bu dediklərim var".





