Voleybol üzrə Azərbaycan çempionatının qalibi bəlli oldu

20.04.2023 17:53 238
İdman
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, üçüncü final oyununda "Xarı bülbül"ə 3:0 (25:16, 25:10, 25:16) hesabı ilə qalib gələn "Murov" çempion olub.

Komanda əvvəlki iki görüşdə rəqibini 3:1 və 3:0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, bürünc medallara "Neftçi" sahib çıxıb.