Qadın voleybolçular arasında Azərbaycan çempionu bəlli oldu

18.04.2023 16:50 250
İdman
Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, bu titula “Azərreyl” sahib çıxıb.

Finalın üçüncü qarşılaşmasında da “Abşeron”a 3:0 (25:16, 25:18, 25:15) hesabı ilə qalib gələn “Azərreyl” ölkə çempionluğunu qazanıb. “Abşeron” isə gümüş mükafatla kifayətlənib.

Qeyd edək ki, Yüksək Liqada bürünc medalı “Murov” əldə edib.