Xavi yeni müqavilə haqda nə düşünür?

18.04.2023 22:52 256
Dünya futbolu
Xavi Ernandes “Barselona” ilə müqaviləsini yeniləyəcəyi haqda xəbərə reaksiya verib.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi rəhbərlikdən yeni təklif almasına belə münasibət bildirib:
“Fəaliyyətimə dəyər verən rəhbərliyə minnətdaram. Hər gün təmasdayıq. Bu səbəbdən yeni müqavilə ilə bağlı hər hansı problemin ortaya çıxacağını düşünmürəm. Amma ilk növbədə çempion olmalıyıq, yalnız bu hədəfə çatandan sonra müqavilə məsələsini həll etmək olar”.