Şərq konfransından pley-offa adlayan 7 komandanın adının dəqiqləşdiyini, sonuncu vəsiqəyə isə “Aylenders”lə “Pittsburq”un iddialı olduğunu xəbər vermişdik.
"Football-plus.az"ın məlumatına görə, srağagün bu məsələyə də aydınlıq gəldi.
“Monreal”ı məğlub edən “Aylenders” Şərq konfransında sonuncu vəsiqəyə sahib oldu. “Pittsburq” dünənki oyunda “Kolambus”u məğlub edəcəyi halda belə “adalılar”ı keçə bilməzdi. Amma ruhdan düşən “pinqvinlər” səfərdə uduzdu. “Pittsburq” 2006-dan bəri ilk dəfə pley-offda oynamayacaq.
Bununla da komandanın 16 illik seriyasına son qoyuldu. “Pinqvinlər”in son 16 ildə 4 dəfə Stenli kubokunun finalına çıxdığını və üç dəfə qələbə qazandığını da xatırladaq.