"Ora bayrağımızı qaldırmağa getmişdik" - Ömər Cavadov

15.04.2023 22:15 231
Manşet
“Hadisə zamanı orada deyildik. Erməni təxribatı səbəbindən yarışdan imtina etdik”.


“Football-plus.az” xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Ömər Cavadov (73 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan tərəfi həmişəki kimi, bu dəfə də idmanı siyasətə qatıb:

“Ora bayrağımızı qaldırmağa getmişdik. Amma onların etdikləri hərəkət düzgün deyildi. Bayrağımız hər şeydən ucadı. Buradan bütün millətimizə dərin minnətdarlığımızı bildiririk. Cənab Prezidentimizə, vitse-prezidentimizə təşəkkürümüzü bildiririk ki, bizə bu cür qayğı göstərdilər, Vətənimizə qaytardılar”.


Ömər Cavadov artıq qarşıdakı yarışlar barədə düşünəcəklərini vurğulayıb:

“Bundan sonrakı yarışlarda da əlimizdən gələni edəcəyik ki, bayrağımız daim ucalsın. İrəvandakı yarış olimpiada xalı qazanmaq baxımından bizim üçün önəmli idi. Ancaq qarşıda başqa yarışlar da olacaq”.