Millimiz Ermənistanı tərk edib - RƏSMİ

15.04.2023 15:41 215
Manşet
İrəvandakı AÇ-də iştirakdan imtina edən ağırlıqqaldırma üzrə Azərbaycan millisi artıq Ermənistanı tərk edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib:

"Nəhayət, Azərbaycan nümayəndə heyəti sağ-salamat vətənə qayıdır. Komandamız avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub. Yığmamızı Tiflisdən Bakıya gətirəcək təyyarə bu axşam saat 21.20-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək".