“Lester”də yeni müqavilə

21.08.2022 19:20 386
Dünya futbolu
“Lester” aparıcı futbolçusu Ceymi Vardi ilə müqaviləni yeniləyib.

İngiltərə klubunun rəsmi saytının xəbərinə görə, 35 yaşlı hücumçunun yeni sözləşməsinin müddəti 2024-cü ilin iyununa qədər nəzərdə tutulub.
İngilis futbolçu “Lester”də 2012-ci ildən çıxış edir. O, bu komandada ümumilikdə 388 oyuna vurduğu 164 qolla ən yaxşı bombardirdi.