• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elşən Məmmədov: “Çox güman, qısa zamanda bu istiqamətdə işlər görüləcək”

İdman / Manşet

15-04-2023, 12:0

Qusar Olimpiya İdman Kompleksi 2008-ci ildən fəaliyyət göstərir.

Ötən ilin oktyabrında isə qurğunun tarixində yeni səhifə açıldı. Belə ki, gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə tanınmış idman jurnalisti Elşən Məmmədov kompleksin direktoru vəzifəsinə təyin edildi. 23 ilədək idman mətbuatında çalışan Elşən bəy artıq 6 aydı öhdəliklərini yerinə yetirir.
Qusarın, eləcə də ətraf rayonların idman sahəsinin inkişafında önəmli rolu olan məkanda diqqətəlayiq yeniliklərin olduğunu öyrəndik.

"Football-plus.az" olaraq bu haqda geniş məlumatı elə rəhbərdən, yəni Elşən Məmmədovdan aldıq:

“Yazın gəlişi ilə işlərdə canlanma olub. Artıq nəzərdə tutulan tədbirlərdən bəzilərini həyata keçirmişik. Belə ki, ötən ay Şimal Regional Futbol Federasiyası tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bord-futbol turniri keçirildi. Qeyd edim ki, 12 yaşlıların qatıldığı turnirdə “Sumqayıt” qalib gəldi. Eyni zamanda, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbirlərimiz baş tutdu. Digər tərəfdən, Qusar rayonunun mərkəzində yerli İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz şənliyində idmançılar müxtəlif idman sahələri üzrə çıxış etdi. Novruz bayramı tədbirləri rayon rəhbərliyinin böyük marağına səbəb oldu. Hamı idmançıların yaratdığı bayram əhval-ruhiyyəsindən razı qaldı. Bu aya gəlincə, Gənclər və İdman Nazirliyi aprelin 10-da Azərbaycanın 5 rayonunda “Üzməyi öyrənək” adlı pilot layihəyə start verildi. Sevindirici haldı ki, Qusar həmin 5 rayondan biridi. Pilot layihə sayəsində şəhərin 2 saylı tam orta məktəbinin şagirdləri üçün pulsuz üzgüçülük dərsləri təşkil olunur. Bu layihə ətrafında daha öncə 4 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə birləşmişdik. Burda əsas yeniliklərdən olan üzgüçülük bölməsinin fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. Çünki qış aylarında şimal rayonunda belə bölmənin işinə davam etməsi üçün böyük xərc tələb olunur. Qaz, su, işıq probleminin və başqa önəmli məsələlərin həlli üçün yardımını əsirgəməyən gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirəm. Soyuq aylarda üzmək üçün gələnlərin sayı az olsa da, işlərə fasilə verilməməsi faydalı addımdı. Bunun nəticəsidi ki, gənclərimiz fasiləsiz bu idman növü ilə məşğul ola bilir. Yüzlərlə 1-5-ci sinif şagirdləri üzgüçülüyə həvəsləri olduğu üçün bizə müraciət edib. Həqiqətən Qusarda idman sahələri böyük maraqla və rəğbətlə qarşılanır”.


Məmmədov sözlərinə belə davam etdi:

“Aprelin 15-16-da AFFA tərəfindən kompleksdə qızlardan ibarət futzal yığmaları arasında turnir təşkil ediləcək. Bundan başqa, qızlar arasında voleybol turniri də Qusar Olimpiya İdman Kompleksinə həvalə olunub. Yeri gəlmişkən, bu səbəbdən Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə, xüsusilə birinci vitse-prezident Faiq Qarayevə təşəkkürümü bildirirəm. Daha iki bölmənin açılışını həyata keçirmişik. Yeni idman növlərindən biri olan yunan-Roma güləşi və basketbol üzrə bölmələrimiz artıq fəaliyyətə başlayıb. Bir neçə gün əvvəl Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlu qonağımız oldu. Onunla yeni olimpiya növü olan idman dırmanması üzrə bölmənin açılması yönündə imkanları müzakirə etdik. Çox güman, qısa zamanda bu istiqamətdə işlər görüləcək. Digər yeniliklərdən biri isə açıq havada minifutbol meydançasının tezliklə istifadəyə veriləcəyidi. Artıq süni örtüyün döşənməsi başa çatıb. Texniki çatışmazlıqlar aradan qaldırılandan sonra bu hədəfimiz reallaşacaq. Bizim kompleksdə Respublika Olimpiya və İdman Liseyinin şagirdləri də məskunlaşıb. Onlar imkanlarımızdan maneəsiz istifadə edib rahat şəraitdə məşqlərini keçir. Uşaq və yeniyetmələr üçün kompüter oyunları mərkəzi də açmışıq. Həvəskarlar həmin bölmədə vaxtını səmərəli keçirə bilir. Kompleksimizdə trenajor, bilyard, stolüstü tennis, minifubol, voleybol, badminton, döyüş idman növlərindən isə karate, kikboksinq, sambo, MMA, ciu-citsu bölmələri fəaliyyət göstərir. Onu da nəzərinizə çatdırım ki, bir neçə gün əvvəl yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov və köməkçisi Rövşən Bayramov kompleksimizə gəlib şəraitlə tanış oldu. Qusar Olimpiya İdman Kompleksi güləş üzrə dünya çempionatı ərəfəsində Azərbaycanda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışının keçiriləcəyi məkanlar arasında əsas namizədlərdəndi. Təbii ki, yekun qərarı federasiya verəcək. Onu da qeyd edim ki, bütün yeniliklər haqda sosial şəbəkələr vasitəsilə ictimaiyyətə müntəzəm məlumat veririk”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

İdman

15-12-2022, 10:0

Birlikdə üzək

İdman

18-02-2023, 15:0

Ümummilli liderin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib

Maraqlı

21-12-2022, 16:0

İAM ilin qaliblərini açıqladı

İdman

7-04-2023, 15:0

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol turnirinin püşkü atıldı

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 210
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 102
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 88
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Oxunub: 83
“Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə