Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağını yandıran Aram Nikolyanla bağlı cinayət işi açılmayıb.
"Football-plus.az" xəbər verir ki, bu haqda onun vəkili məlumat yayıb. O iddia edib ki, istintaqın ilkin mərhələsində işdə “cinayət tərkibinin olmadığı” müəyyənləşib.
Qeyd edək ki, açılış mərasimində Azərbaycan bayrağı zala gətiriləndən sonra tədbirin təşkilatçılarından olan dizayner Aram Nikolyan səhnəyə çıxaraq qızın əlindən dövlət rəmzimizi götürərək yandırıb və zaldan çıxarıb. Daha əvvəl Nikolyanla bağlı cinayət işinin açıldığı haqda informasiya yayılmışdı.