Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifədən azad edildi

12.04.2023 14:12 280
İdman
Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin bugünkü iclasında qərar verilib.

İclasda AVF-in prezidenti Şahin Bağırov, vitse prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər.

Baş katib vəzifəsinin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.