“Miluoki” Şərq, “Denver” Qərb konfransının qalibi oldu

10.04.2023 19:54 239
İdman
Aprelin 6-da “Çikaqo”nu məğlub edən “Miluoki” Şərq konfransında 1-ci yeri təminat altına aldı.

"Football-plus.az" xəbər verir ki, Mayk Budenholtserin çalışdırdığı komanda 58 qələbə qazanıb, 22 oyunda uduzub. 2-ci yerdə qərarlaşan “Boston” artıq liderə çata bilməz. “Miluoki” tarixində 6-cı dəfə müntəzəm çempionatı zirvədə bitirdi. Əvvəlki belə uğurlar 1970/71, 1972/73, 1973/74, 2018/19, 2019/20 mövsümlərinə təsadüf edib.

1976-cı ildən MBA-da çıxış edən “Denver” isə tarixində ilk dəfə Qərb konfransının qalibi oldu. Mayk Melounun komandası 80 oyunun 52-də qalib gəlib, 28-də uduzub.

Aprelin 7-dəki oyun günü “Finiks”in qələbə seriyasını davam etdirməsiylə əlamətdar oldu. “Denver”i məğlub edən “günəşlər” ardıcıl 7-ci qələbəyə sevindi.