MBA rəsmi saytı vasitəsi ilə fevralın 18-19-da Solt-Leyk-Sitidə keçiriləcək Ulduzların oyunu üçün start heyətlərini açıqlayıb.
Şərq konfransının ilk “5-liy”i belə olacaq: Yannis Adetokunbo (Miluoki), Kevin Dürant (Bruklin), Ceyson Teytum (Boston), Donovan Mitçell (Klivlend), Kayri İrvinq (Bruklin). Qərb konfransının start heyəti ilə də tanış olun: Lebron Ceyms (Leykers), Nikola Yokiç (Denver), Zayon Uilyamson (Nyu-Orlean), Luka Donçiç (Dallas), Stefen Karri (Qolden Steyt).