Fərid Qayıbov MMA döyüşçülərini qəbul edib

8.04.2023 19:59 210
İdman
Gənclər və idman naziri Fərid Qayıbov MMA döyüşçüləri Mehman Məmmədov, Vüqar Kərəmov və məşqçi Ruslan Əfəndiyevi qəbul edib.

"Football-plus.az" xəbər verir ki, o, idmançıların beynəlxalq yarışlarda iştirakı və onların qarşıdakı turnirlərə hazırlıq prosesi ilə maraqlanıb.

Görüşdə döyüşçülərin təlim-məşqləri, yarışlarda iştirakı və eləcə də uğurlu xarici təcrübənin öyrənilməsi məsələləri ətrafında fikir mübadiəsi aparılıb.

Beynəlxalq turnirlərə hazırlıq barədə məlumat verən Əfəndiyev bildirib ki, hazırda əsas diqqət iyulun 29-da Yaponiyanın paytaxtı Tokioda keçiriləcək yarışa yönəlib.