Fərid Qayıbov səfirlə görüşdü

4.11.2022 17:48 485
İdman
Bu gün gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanı qəbul edib.

"Football-plus.az" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, qonağı salamlayan nazir Fərid Qayıbov ona ölkəmizdəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib.

Görüşdə iki ölkə arasında gənclər siyasəti və idman məsələləri sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycanla Macarıstan arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübailəsi aparılıb.

Qəbulda Səfirliyin birinci katibi Monika Felföldi də iştirak edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul