"Neftçi"nin iki legioneri "Sumqayıt"la oyunu buraxacaq

8.04.2023 14:12 2 688
Premyer-liqa
"Neftçi"nin iki futbolçusu "Sumqayıt"a qarşı keçiriləcək Misli premyer-liqasının 29-cu tur oyununu buraxacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib.

O bildirib ki, zədədən sonra fərdi məşq edən Ataa Caber və Vato Arveladze bugünkü qarşılaşmanı buraxacaqlar:

"Komanda ilə ümumi hazırlığa qoşulan Eddi İsrafilovun isə vəziyyəti yaxşıdır. Caber də kollektiv məşqlərə başlamışdı. Sonradan dördbaşlı əzələdə ağrı hiss etdiyi üçün fərdi məşqlərlə kifayətlənir. Arveladzenin isə yüngül zədəsi var. Düşünürəm ki, qısa müddətdə komandaya qoşulacaq".