“Joma” artıq “Karpatı”nın texniki tərəfdaşı deyil. Ukrayna klubu bu şirkətlə əməkdaşlığı Rusiya ilə müharibəyə görə dayandırıb.
"Football-plus.az" xəbər verir ki, Lvov klubunun rəsmi saytının məlumatında belə bildirilib:
“Bu qərarın səbəbi “Joma”nın Rusiya bazarında fəaliyyətini dayandırmaq üçün dəqiq mövqeyinin olmaması idi. Klubumuz bir neçə ay ərzində potensial tərəfdaşları ilə danışıqlar apardı və fevralda ən optimal təkliflə çıxış edən “Nike” ilə anlaşmaya qərar verdi. Texniki tərəfdaş seçərkən meyarlardan biri “Nike”ın Rusiya bazarından tamə çıxması idi”.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın “Zenit” klubu İspaniyanın “Joma” brendindən yeni formalarını təqdim etmişdi.