• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Byazinin qalmasının milliyə xeyri yoxdu - TƏHLİL

Yığma / Yazarlar

2-04-2023, 17:0

Milli komanda AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda keçirdiyi ilk iki görüşdə qapısından ümumilikdə 9 top buraxdı, əvəzində isə 1 qol vura bildi.

Biabırçı oyun və məğlubiyyətlər futbol ictimaiyyətini dilə gətirdi. İndi hamını düşündürən bir sual var: De Byazi ilə yeni müqavilə bağlamağa nə ehtiyac var idi? Ümumiyyətlə, onu yığmada hələ də niyə saxlayırlar? Futbol azarkeşləri düşünür ki, De Byazi ilə müqavilə ləğv olunmalı və təzminatı ödənilərək yola salınmalıdı. İtaliyalı mütəxəssisin qovulmasının və ya qalmasının müsbət və mənfi tərəflərini araşdıracağıq.

Xoş olmayan söhbətlərə son qoyulucaq
Bildiyiniz kimi, Maksim Medvedevlə Qara Qarayev yığmaya çağrılmır. Bunun səbəbi onların De Byazinin oynatdığı futboldan razı olmamasıdı. Yığmanın iki kapitanı italiyalının fəlsəfəsinə güvənmir. Bunu da həm telekanallarda, həm də mediada açıq dilə gətirirlər. De Byazi isə onlara ehtiyacı olsa da, dəvət göndərmir. Bu səbəbdən də müdafiənin sağ cinahında və dayaqda axsamalar olur. De Byazinin gedişi hər iki futbolçunun, ya da ən azı Qaranın yığmaya yolunu açacaq.

Dövrün başlaması üçün hazırlıq
AÇ-2024-ün seçmə mərhələsində hələ 6 oyunumuz qalıb. Ümumiyyətlə, tsikl noyabrda başa çatacaq. Bir çoxları düşünür ki, belə məqamda baş məşqçi ilə yolları ayırmazlar. Gəlin, bir az fərqli düşünək. AÇ-2024-ün seçmə mərhələsində növbəti oyunumuz iyunda olacaq. Həmin vaxta kimi yeni çalışdırıcı tapmaq mümkündü. Hətta yeni baş məşqçi premyer-liqanın son dövrəsinin oyunlarını izləyə, yaxşı heyət formalaşdıra bilər. AFFA rəhbərliyi bir şərti mütləq yerinə yetirməlidi. De Byazinin yerinə gələn şəxslə ən azı ikiillik müqavilə bağlanmalıdı. Yəni AÇ-2024-ün seçmə mərhələsi Millətlər Liqası üçün güclü hazırlıq dövrü sayılmalıdı. Onsuz da bu qrupdan çıxmaq şansımız möcüzəyə bağlıdı. Lakin yeni çalışdırıcının öz fəlsəfəsini yığma üzvlərinə aşılamağa zamanı olacaq. Yəni həmin şəxsin qarşısına Millətlər Liqasının qrupunda 1-ci olmaq hədəfi qoyulmalıdı. Belə olan halda gələcəkdə “nəticə qazanmaq üçün yetərincə vaxt yox idi” fikrini səsləndirə bilməyəcək.

AFFA rəhbərliyinə inam artacaq
Yuxarıda qeyd etdiyimiz kimi, futbol ictimaiyyətinin əksər təbəqələri De Byazinin getməsini istəyir. Yəqin AFFA-dakılar da bundan xəbərdardı. Hamı yığmanın uğursuzluğunun əsas səbəbkarı kimi italiyalı mütəxəssisi qınayır. Onu bu vəzifəyə təyin edənlər isə İcraiyyə Komitəsinin üzvləridi. İtaliyalı mütəxəssisin göndərilməsinə qərar verilsə, bu, qurumun sarsılan imicinin bir qədər yüksəlməsinə səbəb ola bilər.

Yeganə mənfi cəhət
De Byazinin müqavilə müddəti seçmə mərhələnin sonuna kimidi. Qrup oyunları noyabrda başa çatacaq, belə çıxır ki, AFFA italiyalıya 8 ayın maaşını ödəməlidi. Yəqin ki, yeni anlaşmada “tskldə əldə edilən nəticələrə görə istefaya göndərilsə, təzminat aşağı olacaq” bəndi yer almış olar. Belədə iş daha da asanlaşır. Hər halda, İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov qəzetimizə açıqlamasında demişdi ki, az maaşa işləməyə razı olub. De Byazini buna razı salan AFFA başbilənləri, yəqin ki, yuxarıda qeyd olunan bəndi də müqaviləyə əlavə etməyi unutmayıb. Belə olmasa da, ümumi maaşını nəzərə alsaq, federasiya italiyalıya maksimum 300-400 min avro civarında təzminat ödəyəcək. Düzdü, bu məbləği hansısa stadionun bərpasın və ya divizionda bir klubun fəaliyyət göstərməsinə xərcləmək olar. Lakin indiyə kimi boşa sovrulan milyonları nəzərə alsaq, De Byazinin getməsi üçün bu pulu verməyə dəyər.

Yuxarıda qeyd etmişdik ki, bu yazıda De Byazinin getməsinin və ya qalmasının müsbət və mənfi cəhətlərini diqqətinizə çatdıracağıq. Lakin sözümüzün üstündə dura bilmirik. Çünki onun yığmada qalmasının müsbət məqamlarını tapa bilmədik. Ümid edirik ki, buna görə bizi bağışlayarsız.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet / Günün xəbəri

9-10-2022, 12:0

De Byazi seçim qarşısında: İtaliyalı üçün yeni siyahı hazırlanır

Yığma

1-12-2022, 09:0

Canni de Byazi Azərbaycan millisindən ayrılır? - İDDİA

Yığma / Manşet

7-10-2022, 16:0

Maksim Medvedevin yığmaya yolu bağlandı? - Replika

Yığma / Manşet / Yazarlar

7-10-2022, 23:0

AFFA-nın De Byaziyə güvənməsinin, Velebiti göndərməsinin səbəbi - TƏHLİL

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Bu gün, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 213
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 196
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 154
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə