“Olimpiakos”un yarımmüdafiəçisi Xames Rodrigesin gələcəyinə aydınlıq gəlib.
“Football-plus.az” xəbər verir ki, klub onu komandada saxlamaq istəyir. Rəhbərlik futbolçu ilə müqaviləni uzatmağa hazırlaşır. Yunanıstan təmsilçisi Xamesı 1 illik yeni sözləşmə təklif edəcək.
Qeyd edək ki, 31 yaşlı kolumbiyalının hazırki anlaşması mövsümün sonunda başa çatır.