"Barselona" Memfis Depayı komandada saxlamaq istəyir.
Kataloniya klubu onunla müqavilənin müddətini uzada bilər. Hazırkı sözləşmə iyunda başa çatır. İspaniya təmsilçisi hücumçunun şərtlərdən razı qalacağı təqdirdə ona bir illik müqavilə təklif etməyə hazırdı.