“Miluoki” ardıcıl 5-ci dəfə divizion lideri oldu!

30.03.2023 19:30 249
İdman
Çərşənbə axşamı səfərdə “Detroyt”a qalib gələn “Miluoki” vaxtından əvvəl Mərkəz divizonunda 1-ci yeri özünə təmin etdi.

"Football-plus.az" xəbər verir ki, “Baks” ardıcıl 5-ci dəfə bunu bacardı. Viskonsin klubu 54 qələbə, 21 məğlubiyyət göstərici ilə nəinki divizionun, həm də MBA-nın turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Dünən evdə “Orlando”ya qalib gələn “Memfis” qələbə seriyasını 7 oyuna çatdırdı.