Rusiyalı tennisçi 28 görüşdə 26-cı qələbəsini qazandı

29.03.2023 20:15 194
İdman
Mayamidə keçirilən “Masters” turnirində Daniiel Medvedevlə Kenten Alislə qarşılaşıb.

“Football-plus.az” xəbər verir ki, görüş dünyanın 5-ci raketkasının qələbəsi ilə başa çatıb – 6:4, 6:2. 1/4 finala yüksələn rusiyalı burda Kristofer Yubenkslə qarşılaşacaq.

Bu il Medvedev bütün turnirlərdə 28 görüşdə meydana çıxıb. Rusiyalı bu qarşılaşmalarının 26-da qalib gəlib.

İLKİN SULTANLI