Amerikalı tennisçinin karyerasında ilk

29.03.2023 19:30 188
İdman
Mayamidə keçirilən “Masters” turnirinin 1/8 finalında Kristofer Yubenkslə Adrian Mannarino üz-üzə gəlib.

“Football-plus.az” xəbər verir ki, görüş dünyanın 119-cü raketkasının xeyrinə başa çatıb. 7:6 (2), 7:5 (5). Bu nəticə ilə amerikalı tennisçi karyerasında ilk dəfə ATP səviyyəli turnirlərdə ¼ finala yüksəlib.

Qeyd edək ki, Yubenks növbəti görüşdə Daniil Medvedevlə qarşılaşacaq.

İLKİN SULTANLI