Sabah yoldaşlıq görüşündə "Qarabağ" "Qalatasaray"la üz-üzə gələcək.
"Football-plus.az" xəbər verir ki, oyun bitəndən sonra azarkeşlər arenadan kənara hissə-hissə buraxılacaq. Bu məlumatı saytımıza açıqlamasında Bakı Olimpiya Stadionunun mətbuat katibi Fərid Əsədzadə dedi:
"Bunu qarşılaşmadan sonra arenanın ətrafında sıxlıq yaşanmasın deyə edirik. İndiki məqam üçün planımız 1-ci mərtəbədəki azarkeşləri bir qədər gözlətməkdi. Amma bu dəyişə də bilər. Tribunalar üzrə yerləşən adamların sayını dəqiq biləndən sonra qərar verəcəyik. Bununla bağlı arenanın monitorlarından məlumat verəcəyik. Əsas məsələ budu ki, azarkeşlər polislərin təlimatlarına riayət etsinlər. Stadion rəhbərliyi olaraq xahiş edirik ki, belə halla rastlaşdıqda təəccüblənməsinlər. Sıxlıq yaranmasın deyə belə addım atırıq. Həm də təhlükəsizliyin təmin edilməsinə çalışırıq. Yəni, oyun bitəndən sonra aşağı mərtəbədəki azarkeşlər müəyyən qədər gözləməli olacaqlar ki, ümumilikdə rahat hərəkət təmin edilsin".
İLKİN SULTANLI