Futbol üzrə əməkdar məşqçi Nadir Qasımov həftəiçi Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat olunub.
72 yaşlı mütəxəssis artıq xəstəxananı tərk edərək evində müalicəni davam etdirir. Qasımov bizimlə qısa söhbətində özünü yaxşı hiss etdiyini, Rüstəm Rəhimov, Asim Xudiyev və Əsgər Abdullayevin onu ziyarət etdiklərini bildirdi.
Veteranlar İttifaqının prezidenti Oqtay Abdullayev isə “Football-plus.az” saytına açıqlamasında Nadir bəyin əməliyyat olunması ilə bağlı AFFA-ya ərizə ilə müraciət etdiyini dedi. Onun sözlərinə görə asossiasya rəhbərliyi qısa vaxtda mütəxəssisə maddi yardım göstərəcək.
RƏŞAD
Veteranlar İttifqının prezidenti 72 yaşlı məşqçiyə görə AFFA-ya müraciət edib
Ölkə futbolu / Manşet

