Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı sona yaxınlaşır.
"Football-plus.az" xəbər verir ki, qitə birinciliyinin altıncı günündə sərbəst güləş üzrə son 5 çəkidə mübarizəyə start verilib. Mübarizəyə 1/4 finaldan qoşulan Ayxan Abdullazadə (61 kq) türkiyəli Emre Kuralla bacarmayıb – 3:9.
Turan Bayramov (74 kq) rəqiblərinə göz açmağa imkan verməyib. Gəncə güləş məktəbinin yetirməsi bütün rəqiblərinə vaxtından əvvəl qalib gələrək finala yüksəlib. Bayramov sırayla bolqarıstanlı Nikolay Dimitrovu (11:0), fransalı Maqamed Deliyevi (11:0) və rumıniyalı Kriştian Bironu (10:0) tam üstünlüklə məğlub edib. Turan finalda moldovalı Vasile Diakonla qarşılaşıb. O, burda da güclü olaraq qızıl medal qazanıb.