Güləşçimizdən bürünc medal

17.03.2023 21:55 200
İdman
Rumıniyanın paytaxtı Buxarestdə U-23 Avropa çempionatı keçirilir.

"Football-plus.az" xəbər verir ki, 57 kq-da qadın güləşçimiz Jalə Əliyeva bürünc medal qazanıb. O, 3-cü yer uğrunda görüşdə italiyalı Auroro Russo ilə üz-üzə gəlib. İdmançımız rəqibini 6:2 hesabı ilə məğlub edib.