9 illik həsrət sona çatdı

3.11.2022 20:11 365
Çempionlar Liqası
“Milan” Çempionlar Liqasında (ÇL) uzun həsrətə son qoyub.

İtaliya çempionu “Zaltsburq” üzərində qələbə (4:0) ilə 9 ildən sonra ÇL-in pley-offuna vəsiqə qazanıb. Komanda sonuncu dəfə qrup səddini 2013/14 mövsümündə aşa bilmişdi. Lakin “Milan” 2014-cü ildə 1/8 finalda “Atletiko”ya hər iki matçda uduzmuşdu (0:1, 1:4).