"Qarabağ" - "Səbail" matçı 5 manata

5.08.2022 16:03 551
Premyer-liqa
Azərbaycan premyer-liqasının 1-ci turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri sabah - avqustun 6-da satışa çıxarılacaq.

"Football-plus.az" xəbər verir ki, bilet satışı saat 11.00-dan oyun başlayanadək davam edəcək.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri Iticket.az-dan və "Azersun Arena"nın kassalarından ala bilərsiniz.

Matç saat 20.00-da başlayacaq.