• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İntizam Komitəsinin rəhbəri: “Bəzi AFFA nümayəndələrinin qeyri-peşəkar raportlarına görə əziyyət çəkirik” - MÜSAHİBƏ

Aktual

9-03-2023, 13:0

Martın 7-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi.

Toplantında vacib qərarlar qəbul olundu. Əsas diqqət çəkən məqamlardan biri İntizam Komitəsi ilə bağlı idi. Qurumda bəzi dəyişikliklər olsa da, sədr postunda qaldı. Söhbət Erkin Hüseynovdan gedir. Adı çəkilən şəxslə əlaqə saxlayıb həm qurumdakı dəyişikliklər, həm də digər məsələlərlə bağlı söhbətləşdik.

“Football-plus.az” Erkin Hüseynovun müsahibəsini təqdim edir.

- AFFA İcraiyyə Komitəsi tərəfindən yenidən İntizam Komitəsinin sədri seçilməyiniz münasibəti ilə sizi təbrik edirik. Federasiya rəhbərliyinin yenidən sizə güvənməsi barədə nə deyə bilərsiz?

- Yenidən AFFA İntizam Komitəsinə sədr seçilməyimlə bağlı məni təbrik etdiyizə görə təşəkkürümü bildirirəm. Əvvəlcə qəzetinizin və saytınız bütün kollektivini, futbol ictimaiyyətini və azarkeşlərimizi qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edir, hamıya işində və həyatında yeni uğurlar arzulayıram. AFFA-nın İntizam Komitəsində 2016-cı ildən çalışıram. Əvvəllər adi nümayəndə kimi seçilmişdim. Həmin vaxt İntizam məcəlləsinə bəzi dəyişikliklər etmişəm. Futbolla bağlı fikirlərim həmişə rəhbərlik tərəfindən bəyənilirdi. Harda çalışmağımdan asılı olmayaraq, həmişə prinsipiallıq və düzgünlüyü seçmişəm. AFFA nümayəndəsi kimi oyunlara təyinat alıram. Mənim də azarkeşlik etdiyim komandalar var. Ancaq nümayəndə və komitə sədri kimi qərar verərkən heç vaxt hansısa klubun tərəfini tutmamışam. Heç kimin haqqına girməmişəm. Bəlkə də AFFA-nın mənə etimad göstərməsi bundan irəli gəlir.

- AFFA-nın digər qurumlarında rəhbər dəyişiklikləri baş verdi. Sizdə isə olmadı. İntizam Komitəsində yalnız üzvlər arasında köklü dəyişikliklər oldu, yeni kollektiv formalaşdı. Demək olarmı ki, işinizdə çətinliklər olacaq? Yoxsa əksinə, yeni kollektiv daha istəkli olacaq və işləriniz asanlaşacaq?

- Demək istərdim ki, yalnız katib və İntizam komitəsinin inspektoru vəzifəsində qaldı. Onların ikisi də hüquqşünas və təcrübəli işçidi. Yeni kollektivi AFFA, PFL, Hakimlər Komitəsinin təcrübəli nümayəndələri formalaşdırdı. Bu, işimizin daha da səmərəli olmasına böyük köməkdi. Gələcəkdə çıxarılan qərarlar zamanı bütün bu şəxslərin fikirləri işimizə düzgün qiymət vermək, qanuna uyğun qərarların verilməsində vacib rol oynayacaq. Mən buna tam əminəm. Necə deyərlər, ağıl ağıldan üstündü.

- İntizam Komitəsinin rəhbəri kimi qurumun işində hansı çətinlik və ya problemləri görürsüz?

- İş varsa, çətinlik də var, problem də. Şükürlər olsun, çətinliyimiz o qədər də çox deyil. Bizim qərarlar əsasən hakimlərin, AFFA nümayəndələrinin yazdıqları raportlar əsasında verilir. Bəzi səriştəsiz, öz işinə normal yanaşmayan AFFA nümayəndələrinin yazdığı qeyri-peşəkar raportlara görə çıxarılan qərarlar bizə problem yaradır. Məsələn, meydana kənar əşya atılmasını, pozuntunu törədən klubun göstərilməməsini, xırda şeylərə görə lazımsız qeydlərin aparılmasını, bəzi gənc hakimlərin yazdığı protokollarda pozuntunun tam təfsif olunmaması və s. Gələcəkdə belə problemlərin həll olunacağına inanıram.

- Arxada qalan müddət ərzində heç olub ki, hansısa futbolçuya, kluba, rəsmi şəxsə cəza verərkən ictimaiyyətin təzyiqinə məruz qalmayasız deyə və ya başqa şeyə görə cəzanın yüngülləşməsinə gedəsiz?

- Dediyim kimi, bu işlə 8 ilə yaxındı məşğulam. İşimə diqqət və sevgi ilə yanaşmışam. Bizim komitə kollegial orqandı. Yəni qərar bir nəfər tərəfindən verilə bilməz. Bu məsələlər səsvermə yolu ilə həyata keçirilir. Heç bir təzyiq və başqa hallar işimizə təsir edə bilməz. İntizam Komitəsi müstəqil qurum olduğuna görə heç sifarişi qəbul etmir. Cərimə və cəza verilərkən hər şey nəzərə alınır. İntizam məcəlləsində pozuntulara görə yüngülləşdirmə və ağırlaşdırma halları nəzərdə tutulub. Futbolumuzun inkişafına görə verdiyimiz hansısa bir qərar futbol qanunlarına söykənməlidi. Hansısa klublar barədə çıxarılan qərarlar barədə fikir söyləmək istəməzdim. Buna görə kimsə məndən küsə bilər.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

7-03-2023, 15:0

AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlandı

Premyer-liqa

26-10-2022, 20:0

Coşqun Diniyevlə bağlı qərara yenidən baxılacaq

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 201
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 189
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə