UEFA Konfrans Liqası: "Latsio" evdə məğlub oldu - YENİLƏNİB

7.03.2023 23:39 324
Konfrans Liqası
Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsi start götürüb.

"Football-plus.az" xəbər verir ki, ilk gündə bir oyun keçirilib. İtaliyanın “Latsio” klubu Niderland təmsilçisi AZ-ı qəbul edib.

Bu komandalar arasında cavab oyunu martın 16-da baş tutacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər görüşləri martın 9-da keçiriləcək.

UEFA Konfrans Liqası

1/8 final, ilk oyun

7 mart

“Latsio” (İtaliya) – AZ (Niderland)
1:2
Pedro, 18 - V. Pavlidis, 45, M. Kerkez, 62
Baş hakim: Qlenn Niberq (İsveç)

Roma Olimpiya Stadionu 21.45