Azərbaycan şahmatçıları dostluq görüşündə qələbə qazandılar

6.03.2023 12:06 217
İdman
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan silsilə tədbirlər davam edir.

"Football-plus.az" xəbər verir ki, bu dəfə Azərbaycan və Malayziya şahmatçıları arasında dostluq görüşü keçirilib.

Ölkənin Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudovun təşəbbüsü ilə reallaşan onlayn oyun Azərbaycan komandasının 4,5:3,5 hesablı qələbəsi ilə bitib.

Yarışda Azərbaycanı Fərid Orucov, Tunar Davudov, Səmra Qasımova və Xanım İsmayılova təmsil ediblər.

Ən yaxşı nəticə İsmayılovaya məxsus olub. Şahmatçı hər iki görüşündə qələbə qazanıb.