• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hökumət istefa” qışqıranlar stadiona buraxılmayacaq

Dünya futbolu

5-03-2023, 15:0

Ötən sayımızda “Fənərbaxça”nın böyük bir haqsızlıqla üzləşdiyini xəbər vermişdik.

"Football-plus.az" xəbər verir ki, “Fənər” fanatları ötən şənbə günü tribunalarda “hökumət istefa” şüarı səsləndirməklə Türkiyə futbolunda yeni qalmaqala səbəb olmuşdular. Bu şüar iqtidaryönlü partiyaların, xüsusilə də Milliyətçi Hərəkat Partiyasının xoşuna gəlməmişdi. “Fənər”liləri yalnız “Beşiktaş” fanatları dəstəkləmiş və onlar da eyni şüarı səsləndirmişdilər. “Kayserispor” da daxil olmaqla digər klublar isə hökumətin tərəfini tutmuşdu.

Daha sonra “Kayserispor”un müraciətinin ardından Kayseri Bölgə Təhlükəsizlik Komitəsi “Fənər”lilərin bu həftə “Kadir Has” stadionuna buraxılmaması ilə bağlı qərar qəbul etdi. “Kayserispor” – “Fənərbaxça” oyunu bu gün Bakı vaxtı ilə saat 20.00-da başlayacaq. “Fənərbaxça” rəhbərliyi bu qərarı “Türkiyə futboluna qarşı təxribat” adlandıraraq onu sərt şəkildə qınadı və qüvvədən düşməsi üçün hər şey edəcəyini bildirdi. İstanbul nəhəngi Kayseridə yaşayan və elektron bileti olan vəkillər Ahmet Demirci, Nilay Şenyuz Deligezər və Ömər Deligezərin vasitəsilə Kayseri 2-ci İdarə Məhkəməsinə baş vurdu. Bundan sonra bir neçə saat ərzində qərar iki dəfə dəyişdi. Əvvəlcə Kayseri 2-ci İdarə Məhkəməsi “Fənər”lilərin stadiona girişinə qoyulan qadağanı aradan götürdü! Türkiyə mətbuatında artıq fanatların tribunalara buraxılacağı barədə xəbərlər yayıldı. Amma dünən günorta bu dəfə Kayseri şəhər bələdiyyəsi məsələyə qarışaraq qadağanın aradan qaldırılmasına etiraz etdi. Bu etiraz qəbul edildi və “Fənərbaxça”lıların stadiona girişinə ikinci dəfə qadağa qoyuldu. Maraqlıdı ki, “Fənərbaxça” və klubun vəkilləri ikinci qadağaya da etiraz etdilər.

Bu arada dövlətin başında duranlar ötən şənbə günü “Ülkər” stadionunda “hökumət istefa” qışqıranlara qarşı əməliyyata başlayıb. Belə ki, bu şüarı səsləndirənlər bir-bir ortaya çıxarılaraq idmanda şiddətin qarşısının alınması üçün qüvvəyə minən 6222 nömrəli qanunu pozmaqda günahlandırılıblar! Bu qanunun maddələri təzahürata əsasən dəyişir. Amma nəticə etibarilə günahkar sayılanlar ən yaxşı halda bir müddət idman tədbirlərinə buraxılmır. Ən pis halda isə bir müddət həbsxanada keçirməli olurlar. Son iki gündə “Fənərbaxça”nın 30-dan çox azrakeşinin evinə rəsmi məktub gəlib! Onlar 6222 nömrəli qanunun 14.1 və 18.3 maddələrini pozmaqda günahlandırılıb. Həmin azarkeşlərin idman tədbirlərinə getməsinə qadağa qoyulub və onların məsələsi İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu tərəfindən araşdırılmağa başlanılıb! Bu fanatlardan “Fənər”in oyunundan bir saat öncə polis bölmələrinə gəlmələri tələb olunub. 2018-dən bəri İdman Arbitraj Məhkəməsinin üzvü olan vəkil Emin Özkurt bunu əsl qalmaqal və hüquq qətliamı adlandırıb. O, “hökumət istefa” şüarında təhdid və ya təhqir olmadığı üçün onun 6222 nömrəli qanuna salınmasının yanlış olduğunu, insanların söz haqqının əlindən alındığını vurğulayıb. Özkurt stadionlarda tez-tez “rəhbərlik istefa” şüarlarına rast gəlindiyini deyib. Onun sözlərinə görə, bu şüara görə cəza verilmirsə, “hökumət istefa” şüarına görə də cəza vermək düzgün deyil.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

3-03-2023, 20:0

“Hökumət istefa” şüarının əks-sədası böyüyür

Dünya futbolu

1-03-2023, 22:0

“Hökumət istefa” şüarı Türkiyəni iki yerə böldü - TƏHLİL

Dünya futbolu

29-09-2022, 21:0

“Fənər” fanatları derbiyə buraxılmayacaq

Dünya futbolu

22-02-2023, 14:0

“Beşiktaş”la “Kayserispor” arasında transfer qalmaqalı

Aktual
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
Son xəbərlər
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 181
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 163
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə