• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hökumət istefa” şüarının əks-sədası böyüyür

Dünya futbolu

3-03-2023, 20:0

Ötən sayımızda qalmaqalların heç vaxt əskik olmadığı Türkiyə futbolunda yeni qarşıdurmanın əsasının qoyulduğunu xəbər vermişdik.

Qısaca xatırladaq ki, hökumətin zəlzələ zamanı fəaliyyətindən, ilk günlərdəki passivliyindən, eləcə də “Türk Kızılay” yardım fondunun çadırları pulla satmasından narazı olan “Fənərbaxça” fanatları şənbə günü “Konyaspor”a qarşı ev oyununda “hökumət istefa” şüarları ilə “Ülkər” stadionunu lərzəyə gətirmişdi. Ertəsi gün eyni şüarı “Vodafon Park”da “Antalyaspor”a qarşı oyunda “Beşiktaş” fanatları da səsləndirmişdi.

Əli Koç “Fənər”lilərin qəzəbinə tuş gəldi
Bu etirazlar iqtidarın əsas dəstəkçisi olan Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçelinin kəskin narazılığına səbəb olmuşdu. 75 yaşlı siyasətçi əvvəlcə oyunların azarkeşsiz keçirilməsini istəmiş, ya da klub prezidentlərindən məsələyə müdaxilə etmələrini tələb etmişdi. Daha sonra Bahçeli, eləcə də partiyanın bir neçə başqa rəsmisi etiraz əlaməti kimi “Beşiktaş” üzvlüyündən ayrıldığını açıqlamışdı. Qalmaqal Türkiyə futbol ictimaiyyətini faktiki iki yerə bölmüşdü. Digər klubların böyük əksəriyyəti “Fənər” və “Beşiktaş” azarkeşlərinə dəstək verməyərək hökumətin tərəfini tutmuşdu.

Bazar ertəsindən bəri bu qalmaqal yalnız böyüməkdədi. Həmin gün Klublar Birliyi (KB) rəsmi bəyanat yaydı. Orda bu sözlərə yer verildi: “İdman klubları siyasi qurumlar deyil. Ona görə də siyasi münaqişələrin bir parçası ola bilməz. Bu günə qədər olduğu kimi, bundan sonra da idmandan kənar hər hansı bir mövzuda olan münaqişələrin bir hissəsinə çevrilmək istəmirik”. Maraqlıdı ki, bu bəyanatı hər üç İstanbul nəhəngi rəsmi saytında da paylaşdı. Məsələyə intriqa qatan məqam odu ki, KB-nin prezidenti “Fənərbaxça”da da bu vəzifəni icra edən Əli Koçdu! “Fənər”lilər bir andaca sosial şəbəkələrdə Koçu tənqid atəşinə tutdular. #Koçistifa həştəqi “tvitter”də trend oldu. Əvvəlki başqan Əziz Yıldırımın xeyrinə bir xeyli paylaşım edildi. “Fənər”lilər onsuz da nəticələrə görə Koçdan narazı idi. 2018-də böyük vədlər verən və rekord səslə başqan seçilən Koçun dönəmi hələ ki tam bir fiaskodu. Onun bu vəzifədə artıq 5-ci ili tamam olmaq üzrədi. Amma hələ də titul qazanılmayıb! 5 ildə derbilərdə cəmi üç qələbə əldə olunub. 8 baş məşqçi, 2 idman direktoru gətirilib, eləcə də saysız-hesabsız transfer həyata keçirilib. Kadıköydə əzəli rəqiblərə qarşı məğlubiyyətsiz seriyalar başa çatıb. Ona görə də “Fənər”lilərin ilk ciddi fürsətdəcə Koçdan narazılıqlarını bildirmələri anlaşılandı.

“İyulun 15-də demokratiyaya sahib çıxanlar da bu insanlar idi”
Çərşənbə axşamı MHP-nin toplantısında Dövlət Bahçeli yenidən bu mövzu ilə bağlı açıqlama verdi. Türkiyənin bu çətin günündə idmanı siyasiləşdirməyə çalışanları qınayan partiya lideri “hər kəs yerini bilməlidi, bu insanlara qarşı sərt üzümüzü göstərməliyik” ifadəsini işlətdi. Maraqlıdı ki, o, bundan sonra İstanbulun digər təmsilçisi “Fatih Karagümrük”ə azarkeşlik edəcəyini vurğuladı: “Əl-ələ verərək Türkiyə idmanını düşdüyü bu qaranlıq dəhlizdən çıxarmalıyıq. Bu, baş verənə qədər qəlbən bağlı olduğum “Beşiktaş”ın üzvlüyündən ayrıldığımı bir daha xatırlatmaq istəyirəm. Bunu millətimə sadaqət və vəfa borcu, eləcə də fəlakətlər qarşısında məsuliyyət duyğusu kimi qələmə verərdim. Bundan sonra həyatımı “Fatih Karagümrük”ə bağlı olan bir şəxs kimi davam etdirəcəm”.

Bu arada “Fənərbaxça” camiəsində çox sevilən, Əli Koçdan sonra prezident vəzifəsinə keçəcəyi gözlənilən tanınmış iş adamı Sadəttin Saran da bu məsələyə münasibət bildirib. Çoxlu izləyici kütləsi olan Saran öz səhifəsində bir video paylaşaraq bunları deyib: “Bir ölkədə demokratiya varsa, hökuməti dəstəkləyən insanlarla hökuməti istefaya səsləyən insanlar eyni dərəcədə hörmət görməlidi. Tribunalarda çərçivəsi konstitusiya ilə müəyyən olunmuş etiraz haqqından faydalananlara “dövlət düşməni” damğası vurmaq ən sadə dillə desək, dövlətlə hökumət arasında fərqi bilməməkdən qaynaqlanır. Unutmayın ki, 15 iyul hadisələrində dövlət çevrilişinə cəhd zamanı demokratiyaya sahib çıxanlar elə bu insanlar idi. Hökuməti dəstəkləyənə də, tənqid edənə də eyni ədalət anlayışı, sevgi və hörmət göstərilməlidi. Bu vətən hamımızındı”.

“Fənər”lilər stadiona buraxılmayacaq!

Qalmaqalı tam yeni bir müstəviyə daşıyan hadisə çərşənbə axşamı yaşandı. Kayseri Bölgə Təhlükəsizlik Komitəsinin qərarından belə aydın oldu ki, şənbə günü, martın 4-də keçiriləcək “Kayserispor” – “Fənərbaxça” oyununa qonaq fanatlar buraxılmayacaq! Belə həssas bir dönəmdə əslində məhz bu iki klubun üz-üzə gəlməsi heç yerinə düşmədi. Çünki “Fənər”lilərin “hökumət istefa” şüarına ən birinci etiraz edən məhz elə “Kayserispor” olmuşdu. Kayserililərin hökumətə dəstək paylaşımının şərh bölümündə iki klubun fanatları arasında söz davası yaşanmışdı. “Sarı-qırmızılar”ın rəsmi açıqlamasında qeyd olunub ki, onlar hədə-qorxu dolu mesajlar aldıqları üçün Kayseri Bölgə Təhlükəsizlik Komitəsinə müraciət ediblər. Komitə də durumun ciddiliyini nəzərə alaraq, “Fənər”lilərin “Kadir Has” stadionuna girişinə qadağa qoyub. Qonaq tribuna üçün nəzərdə tutulan biletlər meydan sahiblərinin fanatlarına satılacaq. Əslində bu, Türkiyə futbolunda tam yeni və misli görünməmiş hadisədi. Adətən, rəqib komandanın azarkeşlərinin stadiona buraxılmaması ilə bağlı qərar İstanbul derbilərinə və ya bir-biri ilə ədavəti olan klubların oyunlarına şamil olunur. Amma “Kayserispor”la “Fənərbaxça” arasında bu günə qədər heç vaxt ədavət olmayıb. Elə ilk dövrədəki oyunda da kayserili futbolsevərlər heç bir problem yaşamadan Kadıköydə sevimlilərinə dəstək vermişdilər. İstanbul Gənclik və İdman Bölgə Komitəsinin sabiq üzvü Vedat Bayramı dinləyək: “Tribunalara gələnlər, adətən, həssas insanlar olur. Əhali ilə bağlı məsələlərdə öz mövqelərini ortaya qoyurlar. Mən “Fənərbaxça” tribunalarında dəfələrlə Ərdoğanın şəkillərini görmüşəm. Fanatlar ona “rəis” deyə müraciət edirdilər. Belə olanda problem olmur, amma zəlzələ mövzusunda problem olur? “Kızılay”ın bəzi addımları millətin xoşuna gəlmədi. Tribunaların buna etiraz etməsində qeydi-adi nə var? Bu adamları vətən xaini elan edib stadiona buraxmamaqla əksinə, dövlət özü idmanı siyasıləşdirir! Kayseri Bölgə Təhlükəsizlik Komitəsində yer alanlar özlərini dövlətə xoş göstərmək üçün belə qərar veriblər. Mən 20 il bu təşkilatda işləmişəm və nəyin necə olduğunu gözəl bilirəm. Azarkeş qadağası əsasən derbilərdən öncə, fanatlar bir-biri ilə dalaşmasınlar deyə verilir. Təzahürata görə belə qadağa vermək absurddu. Qanun-qayda var. Ortada çirkin təzahürat varsa, günahkarlar kamera ilə tapılır və stadiona buraxılmır. TFF tərəfindən azarkeş qadağası mövsümün əvvəlində qaldırılmışdı. Belə çıxır ki, TFF-nin bu məsələdə sözü keçmir”.

“Bu qərar Türkiyə futboluna qarşı təxribatdı”
Vedat Bayramın vurğuladığı çox önəmli bir məqam var. Nizam-İntizam Komitəsi növbəti cəzaları açıqlayıb. Çirkin təzahürat, meydana yad əşya atmaq kimi məsələlərə görə “Qalatasaray”, “Trabzonspor”, “Beşiktaş”a müxtəlif cəzalar verilsə də, “Fənərbaxça”nın adı cəza alan klublar arasında yoxdu! Belə çıxır ki, “hökumət istefa” şüarı çirkin təzahüratlar sırasına daxil deyil! Bu isə “Fənər”lilərə verilən cəzanı daha da absurd edir. Futbolçulardan yalnız Umut Nayırın bu qərara etiraz etməyə cürəti çatıb. “Ümraniyəspor”un 29 yaşlı forvardı “deplasmanıma dokunma” (səfər oyunlarıma toxunma) paylaşımı ilə alqış qazanıb. Hətta “Kayserispor”un ən məşhur fanat qruplaşmalarından olan “Kapalı Kale” də rəsmi bəyanat yayaraq “Fənərbaxça”lıların stadiona buraxılmaması qərarını tənqid edib! Təbii ki, ən sərt etiraz “Fənərbaxça”nın özündən gəlib. Klubun rəsmi saytında bu qərar “Fənərbaxça”ya yox, bütövlükdə Türkiyə futboluna qarşı edilmiş böyük bir ayıb və təxribat kimi qiymətləndirilib. Kayserili fanatların 5-ci turda oynanılan matçda Kadıköyə gəldiyi xatırladılıb və ədalət, rəqabət prinsiplərinin pozulduğu vurğulanılıb. Eyni zamanda “Fənər” bu qərara rəsmi şəkildə etiraz edib və onun qüvvədən düşməsi üçün hər şey edəcəyini bildirib.

Bu arada dünən İstanbul Bölgə Təhlükəsizlik Komitəsinin qərarı ilə bazar günü keçiriləcək “Beşiktaş” – “Ankaragücü” oyununa da qonaq komandanın fanatlarının buraxılmayacağı məlum olub! Düzdü, “Beşiktaş”lılar da “hökumət istefa” şüarını səsləndirmişdi. Amma bu qərarı “Fənər”lilərə qarşı edilən haqsızlıqla tərəzinin eyni gözünə qoymaq olmaz. Birincisi, cəza faktiki “Beşiktaş” yox, “Ankaragücü” fanatlarına verilib. Yəni “Fənər”lilər öz sevimlilərini dəstəkləyə bilməyəcəyi halda “Beşiktaş”lıların sayı əksinə, “Vodafon Park”da həmişəkindən də çox olacaq. İkincisi, bu qərar daha çox bu iki klubun azarkeşlərinin yola getməməsi üzündən verilib. Bu mövsüm Ankarada bu iki klub artıq iki dəfə üz-üzə gəlib. Həm superliqa, həm də ölkə kuboku çərçivəsindəki qarşılaşmalara “Beşiktaş”lılar buraxılmamışdı. Yəni rəqabət və ədalət prinsipinin pozulmaması baxımından başadüşülən addımdı. Ona görə də bu qərarın “hökumət istefa” şüarı ilə heç bir əlaqəsi yoxdu.

P.S. “Beşiktaş” Dövlət Bahçelini fikrindən daşındırmaq üçün onunla görüş tələb etməsi barədə yayılan şayiələri təkzib edib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-03-2023, 22:0

“Hökumət istefa” şüarı Türkiyəni iki yerə böldü - TƏHLİL

Dünya futbolu

29-09-2022, 21:0

“Fənər” fanatları derbiyə buraxılmayacaq

Dünya futbolu

24-02-2023, 17:0

"Beşiktaş” – “Antalyaspor” matçında 22 futbolçu oynamayacaq

Premyer-liqa

11-02-2023, 16:0

Derbidə ciddi narazılıq - "Tərlan, İSTEFA"

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Bu gün, 09:40
    Bu gün Qəbələ və Masazırda oyunlar var - YENİLƏNİR
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Dünən, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Dünən, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə