• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hökumət istefa” şüarı Türkiyəni iki yerə böldü - TƏHLİL

Dünya futbolu

1-03-2023, 22:0

Dəhşətli zəlzələdən sonra Türkiyədə bir çox sahələrdə insanların birləşməsi, bir-birinə əzəli düşmən olan klubların, azarkeşlərin birlikdə hərəkət etməsi diqqəti çəkmişdi.

Amma belə birliyin fonunda son günlər qəribə bir qalmaqal yaşanır. Qalmaqalın əsasını faktiki “Fənər”lilər qoydu. Fanatların şənbə günü “Ülkər” stadionunda baş tutan “Fənərbaxça” – “Konyaspor” oyunundan öncə “hökumət istefa” və “yalan yalan yalan, dolan dolan dolan, 20 sene oldu, istifa ulan” qışqırması aydın səmada şimşək çaxmasına bənzədi. Fanatlar hökuməti zəlzələnin ilk 48 saatında ortalıqda görünmədiyi, eləcə də bir çox bölgələrdə keyfiyyətsiz, zəlzələyə davamlı olmayan binalar tikildiyi üçün istefaya çağırıb. “Fənər”lilərin bu çağırışı iqtidarın əsas dəstəkçisi olan Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçelinin xoşuna gəlmədi. O, dərhal “tvitter”də paylaşım edərək ya superliqa matçlarının azarkeşsiz keçirilməsini tələb etdi, ya da klub prezidentlərinin bu duruma müdaxilə etmələrini istədi. Bahçelinin bu paylaşımından sonra vəziyyət bir qədər də qəlizləşdi. Bazar günü “Beşiktaş” fanatları da “Fənər”lilərin başladığı işi davam etdirərək eyni təzahüratları səsləndirdilər!

Məsələni qəlizləşdirən məqam o idi ki, Bahçeli həm də “Beşiktaş”ın rəsmi üzvüdü. Amma “Beşiktaş”lıların bu təzahüratlarından sonra 75 yaşlı partiya lideri klubun rəsmi üzvlüyündən ayrıldığını açıqladı! O, bu cür təxribatların zəlzələdə dünyasını dəyişənlərə, eləcə də Türkiyə xalqına hörmətsizlik olduğunu vurğuladı. Bunun “Beşiktaş”a və “Beşiktaş”ın daşıdığı milli-mənəvi dəyərlərə zidd olduğunu dedi. Bahçelinin bu addımından sonra MHP-nin digər rəsmiləri də zəncirvari şəkildə “Beşiktaş” üzvlüyündən imtina etdilər. Məsələn, partiyada başqan köməkçisi vəzifəsini icra edən Semih Yalçın, Antalya millət vəkili Əbdürrəhman Başkan, eləcə də MHP-nin baş katibi və Bursa millət vəkili İsmət Büyükataman da eyni addımı atdı! Faktiki bu hadisə Türkiyə ictimaiyyətini və futbol adamlarını iki yerə böldü. Digər klublar “Fənərbaxça” və “Beşiktaş”ın addımına dəstək vermədilər. Onlar əksinə, İstanbul nəhənglərinin fanatlarının bu addımını qınayaraq iqtidarın tərəfində olduqlarını göstərdilər. Söhbət ilk növbədə “Kayserispor”, “Konyaspor”, “Alanyaspor”, eləcə də 1-ci liqa təmsilçisi “Keçiörəngücü”dən gedir. “Kayserispor”un rəsmi səhifəsindəki paylaşımda klubun dövlətin yanında olduğu bildirildi və tribunaları ələ almaq üçün yürüdülən bu kirli siyasət qınanıldı. “Fənər” və “Beşiktaş”lıların etiraz etdikləri bu paylaşımın altında minlərlə şərh yazıldı. Daha sonra “Yeni Malatyaspor”, “Çaykur Rizəspor”, “İstanbul BŞ” və “Ankaragücü” də məsələ ilə bağlı paylaşım edərək hökuməti dəstəklədi. Rizə klubunun paylaşımında hətta hökuməti istefaya səsləyənlərin aşağılanması diqqəti çəkdi. Gənclər və idman naziri Muharrem Kasapoğlu da bunu kiçik bir qrupun təxribatı adlandıraraq buna imkan verməyəcəklərini bildirdi.

Digər tərəfdən Mehmet Dəmirkol, Güntəkin Onay, Mərt Aydın, Xəlil Özər, Əmrə Özcan, Uğur Karakullukçu kimi mətbuatın tanınmış simaları da məsələyə biganə qalmadı. Amma onlar faktiki “Beşiktaş” və “Fənər”lilərə haqq qazandırdılar. Uğur Karakullukçu “zəlzələnin ilk 10 günündə ortalıqda görünməyənlərin “Beşiktaş” üzvlüyündən 10 dəqiqə ərzində istefa verməsi çox xoş oldu” deyərək Bahçeliyə söz atdı. Böyük izləyici kütləsinə malik olan Mehmet Dəmirkolla Güntəkin Onay isə dövlətlə hökumətin tam ayrı şeylər olduğuna işarə vurdular. Dəmirkolun “tvitter”də “dövlətlə hökumət eyni şey deyil. Hökumət yıxıldıqda dövlət də yıxılsaydı, onda gərək Atatürk dünyasını dəyişərkən Türkiyə də yıxılardı. İnsanlar öz dövlətinin yanında olmaqla bərabər hökumətə qarşı da çıxa bilərlər. Bu, hər bir insanın demokratik haqqıdı” paylaşımı çoxlu sayda “layk” və şərh topladı. Əmrə Özcan isə dövlətin pulundan asılı vəziyyətdə olan Anadolu klublarını qorxaqlıqda günahlandırdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-01-2023, 18:0

“Fənərbaxça” ilə oyun ərəfəsində şok istefa

Dünya futbolu

16-08-2022, 11:0

''Konyaspor'' ''Fənər''lə oyun üçün TFF-yə müraciət etdi

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə