Cüdoçularımız yarışı bir medalla başa vurublar - "Böyük dəbilqə"

4.03.2023 18:07 223
İdman
Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqə turnirini bir medalla başa vurublar.

"Football-plus.az" xəbər verir ki, bu gün mübarizəyə qoşulan hər iki idmançı yarışla erkən vidalaşıb.

73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində Tacikistan təmsilçisi Bahruzi Xocazodaya uduzub.

Eyni çəkidəki Rəşid Məmmədəliyev yerli idmançı Şaxram Ahadova yenilib.

Qeyd edək ki, daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.