"Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə hər kəsi təbrik edirəm" - Fərid Qayıbov

4.03.2023 14:54 291
İdman
"5 mart Bədən Tərbiyəsi və İdman Günüdür. Bu mübasibətlə hamını təbrik edirəm".

"Football-plus.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir tədbirlərlə zəngin "İdman həftəsi"nin baş tutduğunu bildirib:

"Burada bütün yaş kateqoriyalarından olan cəmiyyətin müxtəlif insanları iştirak etdilər".


F. Qayıbov Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri arasında baş tutmuş qolf turniri haqqında da danışıb:

"Azərbaycan Qolf Federasiyasına, dəstək olan sponsorlara və iştirakçılara təşəkkür edirəm. Bütün tədbirlərimiz idmanın təbliğinə yönəlib. Hamını təbrik edirəm, həm də idmanla məşğul olmağa çağırıram".