Azərbaycan rekordu yeniləndi

3.03.2023 18:12 226
İdman
Azərbaycanın qadın atleti Yekaterina Sariyeva Türkiyənin İstanbul şəhərində keçirilən Qış Avropa çempionatında mübarizəni dayandırıb.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı idmançı üçtəkanla tullanma növü üzrə 13.55 m nəticə göstərib.

Sariyeva final mərhələsinə vəsiqə qazana bilməsə də, bu, onun qadınlar arasında Azərbaycan rekordunu yeniləməsi üçün yetərli olub.