Mbappe Kavaniyə çatdı

1.03.2023 19:56 213
Dünya futbolu
Mbappe PSJ tarixinin bombardirləri siyahısında Kavaniyə çatdı.

Football-plus.az xəbər verir ki, onun “Marsel”in qapısından keçirdiyi 2-ci top PSJ formasındakı 200-cü qol idi. İndi Mbappe ilə Kavani liderliyi bölüşür. Sadəcə, uruqvaylı 200 qolu 301, fransalı isə 246 oyunda vurub.