“Sakramento” ilə “Klippers” birlikdə 351 xal topladı

1.03.2023 14:55 208
İdman
“Klippers” – “Sakramento” oyunu daha bir göstəriciyə görə tarixə düşdü.

"Football-plus.az" xəbər verir ki, iki overtaym keçirən komandalar birlikdə 351 xal topladı ki, bu da liqa tarixinin 2-ci məhsuldarlıq göstəricisidi.

MBA tarixinin ən məhsuldar oyunu 1983-cü il dekabrın 13-də keçirilib. Həmin gün “Detroyt” evdə “Denver”i 186:184 (370 xal) hesabıyla məğlub edib.