Dekabrın 14-dən 15-nə keçən gecə komandaların hədsiz yüksək məhsuldarlığına görə MBA tarixinə düşdü.
Football-plus.az xəbər verir ki, komandalar 10 oyunun keçirildiyi günlər üçün MBA tarixinin ən yüksək məhsuldarlığını göstərdi. Onların hər biri orta hesabla 119,1 xal topladı.
Liqanın indiyəqədərki tarixində 10 oyunun keçirildiyi 1569 gün olmuşdu, ancaq heç vaxt belə yüksək məhsuldarlıq qeydə alınmamışdı. 20 komanda birlikdə 2382 xal topladı. “Şarlott” – “Detroyt” oyununun payına 275, “Denver” – “Vaşinqton” oyununun payına isə 269 xal düşdü. Yalnız üç klub – “Dallas”, “Klippers” və “Minnesota” 100 xal həddinə çata bilmədi.