Boksçumuz finala yüksəldi

26.02.2023 13:11 237
İdman
Azərbaycan boksçusu Aynur Rzayeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində finala yüksəlib.

+81 kq çəkidə mübarizə aparan təmsilçimiz A kateqoriyalı yarışın yarımfinalında hindistanlı Monikaya qalib gəlib. Avropa çempionatının mükafatçısı rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Rzayeva finalda Aqata Kajmarska (Polşa) ilə döyüşəcək.

Digər boksçumuz Məhəmməd Abdullayev (+92 kq) isə bürünc medalla kifayətlənib. Özbəkistanlı Bahodir Jalolovla mübarizədə rəqib mərhələ adlayıb.

Qeyd edək ki, “Strandja” turnirinə 40-a qədər ölkədən 398 boksçu (256 kişi, 142 qadın) qatılıb.