Qapıçı hamını arxada qoydu

25.02.2023 21:24 222
Konfrans Liqası
Konfrans Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Football-plus.az xəbər verir ki, bu nominasiyanın qalibi “Anderlext”in qapıçısı Bart Verbruggen olub. O, azarkeşlər arasında keçirilən səsvermədə Məhəmməd Diop (Şerif), Cakomo Bonaventura (Fiorentina) və Mikael İşakı (Lex) qabaqlayıb.

Qeyd edək ki, “Anderlext” Konfrans Liqasının cavab pley-off oyununda “Ludoqorets”ə 2:1 hesabı ilə qalib gəlib.