Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı

28.10.2022 12:46 356
Konfrans Liqası
Konfrans Liqasında qrup mərhələsinin 5-ci turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

"Football-plus.az" xəbər verir ki, bunlar "Fiorentina"dan Luka Yoviç, "Sivasspor"dan Mustafa Yatabare, "Jalqiris"dən Matias Oyevusi və "Anderlext"dən Yari Versharendir.

Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.